Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu vitaminin əskikliyi xərçəngə səbəb olur – Nevroloq

  • 2023.12.18 20:59
  • 1377 Baxış
Bu vitaminin əskikliyi xərçəngə səbəb olur  – Nevroloq


Bu vitaminin ciddi defisiti xərçəngə kimi səbəb ola bilər.


“Medicina” xəbər verir ki, nevroloq Kseniya Ovsyannikova vitamin əskiliyi zamanı aptekdən ovuc-ovuc vitaminlərin alınıb qəbulunu da düzgün taktika hesab etmir.

“Bəzi vitaminlərin əskikliyi onkoloji xəstəliklər yarada bilər. Bunlardan biri D və B12 vitaminidir.
B12 barədə alimlər xəbərdar ediblər.

Məhz B12 əskikliyi onkoloji xəstəlik yaradır, onun qəbulu yox. Əgər artıq insanda xəstəlik varsa, B12 qəbulu barədə həkimi ilə məsləhətləşməlidir.

B12 – kobalamin suda həll olan B qrup vitaminin ən vaciblərindəndir.

Onun atomu qanın, hemoqlobinin strukturuna bənzəyir.

Əsas rolu qan hüceyrələrinin bölünüb çoxalması, DNT və RNK-nın sintezi, sinir örtüyü – mielinin sintezi, sinir keçiriciyi və beynin işidir.

Kobalamin mütləq hər gün qida ilə orqanizmə daxil olmalıdır. Əsas mənbəyi – qaraciyər, ət, toyuq, süd, yumurta, kəsmik, pendirdir.

B12 defisitinin əsas simptomları: yorğunluq, baş ağrısı, yaddaşsızlıq, ürəkdöyünmə, əl-ayaqda ağrılar, qanazlığı”.

Aygün Musayeva