Mərkəzi sinir sisteminin hüceyrələri və qanın sağlamlığı üçün vacib olan B12 vitamini əskikliyi müxtəlif psixi pozulmalara və tükənməyə səbəb ola bilər.
"Meducina" xəbər verir ki, nevroloq Aleksandra Alexina B12 vitamini əskikliyinin psixi əlamətlərini açıqlayıb.
"B12 çatışmaqdıqda yüksək dərəcədə depressiya riski var. Bunlar hətta birbaşa əlaqəlidir.
Çünki B12 mərkəzi sinir sisteminin işini tənzimləyir.
Bu vitamin çatışmadıqda beyinin kimyəvi maddə istehsalı pozulur. Bu da əhval-ruhiyyəyə pis təsir edir.
Elmi araşdırmalar sübut edib ki, B12 əskikliyi psixoz, deliriy, təşviş pozuntusu, ümidsizlik verə bilir.
Qanda, orqanizmində B12 az olan insanlarda depressiya güclənir.
Eləcə də alimlər psixi problem və depressiyası olan insanlara B12 verməklə onlarda müsbət dəyişiklik görüblər.
B12 lazımi miqdarda olmadıqda homosisteinin beyinin boz maddəsinin artmasına səbəb olur. Bu da öz növbəsində stress, hüceyrələrin ölümü, son nəticə DNT-nin zədələnməsinə gətirib çıxara bilər.
İna görə də qanda mütəmadi olaraq B12-ni yoxladıb, onu artırmaq lazımdır".
Aygün Musayeva