Xərçəng nə qədər qorxulu olsa da, alimlər bu xəstəliyin gedişatını dəyişdirməyin mümkün olduğunu bildirib.
“Medicina” xəbər verir ki, yeni elmi araşdırmalar gündəlik D vitamini qəbulunun xərçəngi önlədiyini sübut edib.
Terapevt İrina Andreyeva bildirib ki, gün işığından məhrum olmaq sümük deformasiyasından tutmuş zəif immunitetə kimio gətirib çıxarır.
Ona görə də gündəlik norma D vitaminini əlavə qəbul etmək ümidlər yaradır.
Alimlər 500 nəfəri əhatə edən son elmi tədqiqatda D vitamininin yüksək dozasının dəri xərçəngi inkişafını 4 dəfə azaltdığı aşkar olunub.
Dermatoloqlar müəyyən edib ki, qanında D vitamini az olan xəstə qrupunda melanoma daha çox inkişaf edib.
D vitamininin digər xərçəng növlərinə qarşı da lazımlı olduğu əvvəllər sübut olunmuşdu.
Aygün Musayeva