Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu vitamin çatışmazlığı xərçəng yaradır- Azərbaycanda defisitdir

  • 2021.01.12 16:53
  • 4782 Baxış
Bu vitamin çatışmazlığı xərçəng yaradır - Azərbaycanda defisitdir


Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir. O, nazik bağırsaqdan orqanizmə sovrulur, qaraciyərdə toplanır. Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən içatışmaya bilər:


-Qidada çatışmamazlıq, zəif qidalanma, dietalar

-Bağırsaqda sovrulmasının pozulması - mədə-bağırsaq xəstəlikləri

-Qaracyər xəstəlikləri


Medicina.az bəzən həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açdığını araşdırıb:


İlk növbədə vitaminin azalmasına səbəb olan faktorları sadalayaq.


Kimlər risk altındadır:


-Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə

-Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda

-Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin


-Hepatit, sirroz

-Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.

-Zərərli və zəif qidalanma


Vitamin K-nın orqanizmdə rolu:


-Qanın sovrulmasını təmin edir

-Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması

-Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır

-Sümük və daxili orqanların toxumasını təşkil edir


-Qan damarlarının funksiyası

-Mədə-bağırsağın peristaltikası

-Kalsiumun mənimsənilməsi

-Reproduktiv orqanlar üçün


-İnsanı onkoloji xəstəliklərdən qoruyur

-Orqanizmi qocalıqdan qoruyur



Əsas simptomlar:


-Hemorragik sindrom – burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur

- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur

-Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər


Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır.




Müalicəsi:


-Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir

-Dieta – K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır




Evdə vitamin K dozasını normaya salmaq üçün bunları edin:


Yaşıl çay içmək – hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için

Yaşıl çayda sutkalıq K vitamini var.


İspanaq – bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz.

Baş soğan – təzəsini yeyin


Meyvələrdən – kivi, kök, armud, üzüm, almada var.

K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin.