Koronavirus peyvəndinin yaradıcısı Uğur Şahin açıqlamasında “BioNTech”in xərçəng üçün immunoterapi müalicəsini qorumaq məqsədi ilə yaradıldığını bildirdi.
Medicina.az -ın məlumatına görə, peyvəndin yaranması haqqında danışan Şahin əlavə edib ki, proyektə başlamazdan əvvəl bunun uğurlu olub-olmaması ilə bağlı heç bir fikirləri yox idi:
“Əsas məqsədimiz qısa zamanda peyvəndin yaradılması olub. Proyekti necə maliyyə edəcəyimizi bilmirdik. Məsələn, gələcək 2 il üçün ümumi büdcə 350 milyon dollar idi. Amma peyvəndin proyektinin 1.5 milyard dollar civarında olacağını bilirdik. Peyvəndi 10 milyondan çox insan üçün istehsal etdik. Bunu bütün dünyadakı insanlara çatdırmaq istəyirik. Görünən öldür ki, bu virus bizimlə qalacaq. Bu sadəcə 2021 və 2022-nin problemi deyil. Gələcək 10 ildə də bizə çətinliklər görünür”.
Həkim Özlem Türeci də əsas hədəflərinin mümkün olduğu qədər sürətli və təsirli bir peyvənd yaratmaq olduğunu qeyd edib: “Bunun üçün “işıq sürəti” ilə proyektə başladıq. Peyvənd bərabər paylanılmalıdır. Peyvəndi yaradarkən də bir çox əngəlləri keçdik. Hələ də peyvəndin paylanılmasında bu çətinlikləri yaşayırıq”.