İnsanlar uzun əsrlər boyu elektrik olmadan şam işığı ilə yaşayıblar. Əsrlər əvəzləndikcə elektrik enerjisi, mobil telefonlar, kompüterlər yarandı.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, elektron cihazların daimi istifadəsi isə əsəbləri tarıma çəkir, sağlamlığımıza ciddi ziyan vurur.
Araşdırmalar göstərib ki, televizor və kompüterdəki süni işığın təsiri melantolin adlı yuxu tənzimləyən hormonun yaranmasının qarşısını alır. Odur ki, çoxumuz yuxusuzluqdan şikayət edirik. Təbii qaranlıq isə bədən hüceyrələrimizi zədələrdən, ürək ağrılarından, immunitet zəifliyindən və s. qoruyur. Bir sözlə, vücudumuz yuxu hormonu olan melantolini artırmaq üçün qaranlığa ehtiyac duyur. Əks halda orqanizm şəkərli diabed və müxtəlif xərçəng növlərinə meyilli olur. Həmçinin melantolinin miqdarı artarsa qocalma prossesi də ləngiyər.