Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür - Təcili tədbir görülməlidir!

  • 2024.06.12 14:00
  • 2345 Baxış
Bu vərdişlər hər 4 nəfərdən 1-ni öldürür -  Təcili tədbir görülməlidir!
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında çox narahatedici faktlar ortaya çıxıb.

Medicina.az xəbər verir ki, hesabata görə, hər il milyonlarla insan siqaret, alkoqol, işlənmiş məhsullar və qalıq yanacaqlar səbəbindən ölür.

Təşkilat xəbərdarlıq edib ki, Avropada hər dörd ölümdən biri bu dörd səbəbdən qaynaqlanır. Qurumun son hesabatında dünyada hər il 19 milyon, təkcə Avropada isə 2 milyon 700 min insanın tütün, spirtli içkilər, işlənmiş qidalar və qalıq yanacaqlar səbəbindən dünyasını dəyişdiyi bildirilib.

53 ölkədə sağlamlıq məlumatlarını araşdıran ÜST rəsmiləri Avropada hər gün 7400 nəfərin bu dörd səbəblə həyatını itirdiyini hesablayıb.

Statistikaya görə, Avropa əhalisinin 60 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Avropada ürək xəstəlikləri və xərçənglə bağlı hər 5 ölümdən biri qeyri-sağlam qidalanma ilə bağlıdır. Hər il 1 milyondan çox insan isə tütünlə əlaqəli xəstəliklərdən ölür. Mütəxəssislər bu rəqəmin qitədəki ölümlərin 10 faizinə uyğun gəldiyini deyirlər.

ÜST alkoqol, siqaret və emal olunmuş qida şirkətlərini məhsullarının sağlamlığa təhlükələri barədə kütləni aldatmaqda və hökumətlərin xərçəng, ürək xəstəlikləri və diabet kimi xəstəliklərə qarşı tədbir görməsinə mane olmaqda ittiham edib.

Təşkilat hökumətləri sağlam olmayan məhsulların təşviqi və reklamına ciddi nəzarət etməyə çağırıb. Təcili olaraq kütləvi tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

"Mənfəətdən əvvəl ictimai sağlamlıq prioritet olmalıdır", - deyə ÜST qeyd edib.


Aysel