Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu vaksinlər hamilələr üçün təhlükəsizdir

  • 2021.04.22 12:21
  • 1295 Baxış
Bu vaksinlər hamilələr üçün təhlükəsizdir

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “Pfizer/BioNTech” və “Moderna” vaksinləri hamilələr üçün ciddi risk təşkil etmir.

Medicina.az xəbər verir ki, bu barədə “New England Journal of Medicine” jurnalında nəşr edilmiş məqalədə qeyd olunub.

Bildirilib ki, araşdırma 14 dekabr 2020-ci ildən 28 fevral 2021-ci ilədək 16-54 yaş arası 35 691 hamilə üzərində aparılıb. Əldə edilən data hamilələrdə peyvəndin ən çox yayılmış yan təsirinin vurulduğu nahiyədə ağrıya səbəb olması, bəzi hallarda isə baş ağrısına və qızdırmaya səbəb olduğunu göstərib. Bununla belə, ekspertlər hamiləliyin ilk ayında vaksinasiyanın nəticələrinə dair, həmçinin onun uzunmüddətli təsirləri barədə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Məqalənin müəllifləri qeyd edirlər ki, vaksinasiyanın faydaları potensial risklərlə müqayisədə daha çoxdur. Qeyd edək ki, hamilələr COVID-19 xəstəliyi üçün risk qrupu hesab edirlər. Daha öncə aparılan araşdırmalarla vaksinasiya edilmiş hamilələrin dünyaya gətirdiyi körpələrdə anadangəlmə antikorlar aşkarlanıb.