Qədim ənənələrə malik Çin təbabətində iynə ilə müalicə üsullarından geniş istifadə olunur. Ümumiyyətlə, Şərqdə iynələrlə müalicə üsuluna xüsusi münasibət formalaşıb. Əsrlər boyu sübut edilmişdir ki, bədəndə müəyyən bir nöqtəyə düzgün təsir etməklə, insanı hər hansı bədbəxt hadisədən, hətta insultdan belə xilas etmək mümkündür.
Medicina.az xəbər verir ki, çinli həkimlər tərəfindən tətbiq olunmuş bu üsul praktikada uğurla sınaqdan keçirilib.
Çevrənizdəki insanlardan kimnsə insult keçirdiyi zaman sizə lazım olan yeganə vasitə adi iynə və əlbəttə ki, təmkinli davranmaqdır. Doğrudur, insanın yaxınlarından biri insult keçirdikdə, həyəcanlanmamaq çətindir. Amma bütün hallarda özünüzü itirməməlisiniz.
İlk növbədə bunu nəzərə alın ki, insult keçirən şəxsi tərpətmək olmaz. Bu zaman xırda damarlar partlaya və nəticədə beyinə qan sıza bilər. Belə olduqda, həmin insanı xilas etmək mümkün olmayacaq.
Xəstəyə yardım üçün şpris iynəsi götürün. Çünki adi tikiş iynəsindən fərqli olaraq, şpris iynəsi daha itidir və sterilizə edildiyi üçün orqanizmə mikrob keçməsi ehtimalı sıfırdır. Lakin əlinizin altında belə bir imkan yoxdursa, o zaman adi tikiş iynəsindən istifadə edə bilərsiniz.
Bununla belə, istifadə etməzdən əvvəl onu odun üzərinə tutaraq, bir daha qızdırın. İynəni səhv nöqtəyə batırmaqdan qorxmayın. Düzdür, siz iynə terapiyası ilə məşğul olmursunuz, ancaq bu üsulla bir insanın həyatını xilas edə bilərsiniz.
Nə etmək lazımdır? Ehtiyatla iynəni barmağın ucundakı yumşaq hissənin düz mərkəzinə batırın. Beləliklə, özünüzü itirmədən göstərdiyiniz bu yardım xəstənin həyata qaytarılmasına böyük kömək göstərəcək.