Uşaqlarda ağır koronavirus infeksiyası halları müşayiət olunan yanaşı xəstəliklərlə əlaqəlidir.
Medicina.az xəbər verir ki, bu sözləri pediatr Aelita Biryukova söyləyib.
“Koronavirusun bütün ağır formalarına müəyyən xəstəliyə sahib olan və reanimasiyadakı uşaqlarda rast gəlinir. Əgər uşağın ağır ürək-damar çatışmazlığı varsa və ya yeni əməliyyat olunubsa, COVID-19-a yoluxma vəziyyəti daha da çətinləşdirir”.
Uşaqların əksəriyyəti koronavirusu yüngül keçirmələrinə baxmayaraq, pediatrlar bəzi yetkinlik yaşına çatmayanların peyvənd olunacağını istisna etmirlər. Ancaq Biryukovaya görə, bu məsələ hələ gündəmdə deyil:
“Şəkərli diabet, obezlik və ya ağır xəstəlikləri olanlara peyvənd vurulması mümkündür”.