Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu uşaqlar vaksinasiya oluna bilər - Pediatr

  • 2021.04.23 13:13
  • 1313 Baxış
Bu uşaqlar vaksinasiya oluna bilər -  Pediatr

Uşaqlarda ağır koronavirus infeksiyası halları müşayiət olunan yanaşı xəstəliklərlə əlaqəlidir.

Medicina.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Aelita Biryukova söyləyib.

“Koronavirusun bütün ağır formalarına müəyyən xəstəliyə sahib olan və reanimasiyadakı uşaqlarda rast gəlinir. Əgər uşağın ağır ürək-damar çatışmazlığı varsa və ya yeni əməliyyat olunubsa, COVID-19-a yoluxma vəziyyəti daha da çətinləşdirir”, - mütəxəssis “Sputnik” radiosuna verdiyi müsahibədə izah edib.

Uşaqların əksəriyyəti koronavirusu yüngül keçirmələrinə baxmayaraq, pediatrlar bəzi yetkinlik yaşına çatmayanların peyvənd olunacağını istisna etmirlər. Ancaq Biryukovaya görə, bu məsələ hələ gündəmdə deyil:

“Şəkərli diabet, obezlik və ya ağır xəstəlikləri olanlara peyvənd vurulması mümkündür”.