Ağır inkişaf qüsuru ilə doğulmuş, ürəyi sağda, mədəsi və bağırsaqları döş qəfəsində yerləşən 1 yaşlı uşaq uğurla əməliyyat olunub.
Medicina.az xəbər verir ki, bu barədə uşaq cərrahı, uzman həkim, körpəni əməliyyat edən Fuad Hüseynov açıqlama verib.
Həkim bildirib ki, uşağı bu vəziyyətə salan səbəb döş qəfəsini qarın boşluğundan ayıran təbəqənin diafraqmanın açıq olması olub:
"Nəticədə bağırsaqlar və mədə döş qəfəsinə keçərək ürəyi sağa doğru sıxırdı (Keseli diyafram hernisi)". Belə vəziyyətdə olması onun ürəyində ciddi problemlər yaradırdı, inkişafına mane olurdu, çəkidən geri qalırdı. Cərrahi əməliyyatla mədə və bağırsaqlar qarın boşluğunda öz yerinə qaytarıldı, diafraqmadakı qüsur bərpa edildi".
Hazırda uşaq bütün risklərdən uzaq evlərindədir.