Bir çox uşaq ləvazimatları var ki, onlar anaların həyatını yüngülləşdirir və uşağın inkişafını təmin edir. Bu ləvazimatların lazımlı olmasına baxmayaraq uşaqların sağlamlığında mənfi təsir edəcək tərəfləri də az deyil.
Medicina.az sizə bu ləvazimatlardan bəzilərini təqdim edir:
Şezlonq
Uşağı şezlonqa qoyaraq ana bir müddət öz işləri ilə məşğul ola bilər. Amma nazik ayaqlı yellənən şezlonq körpə üçün təhlükəli ola bilər. Səbəbi isə körpənin fiziologiyasının özəlliklərindən asılıdır. Uşağın boyun əzələləri çox zəifdir. Buna görə də uşaq yellənmə zamanı başını saxlamaqda çətinlik çəkəcək. Körpənin başı bədəni ilə müqayisədə böyükdür. Silkələnmə zamanı uşağın beyni kəllə qutusunun içərisində silkələnə bilər. Uşağın beyninin qan damarları çox nazikdir və asanlıqla zədələnə bilər. Yellənən zaman körpənin beyin damarlarına asanlıqla zərər dəyə bilər.
Amortizasiyası olmayan uşaq arabası
Sağlam uşağa bu arabalar zərər verə bilməz, amma əgər uşaqda nevroloji problemlər varsa, o zaman onun vəziyyəti pisləşə bilər. Buna görə də bu cür uşaq arabasından istifadə etmək məsləhət deyil. Yaxşı olardı ki, amortizasiyalı uşaq arabası alasınız. O sürülərkən yolun kələ kötür hissəsini zərərsizləşdirərək uşağı silkələnmədən qoruyur.
Uşaq üçün maşın oturacaqları
Bu oturacaqlar uşaqların təhlükəsizliyini təmin edir. Amma bu oturacaqlardan düzgün istifadə olunmadıqda uşağın güclü silkələnməsinə məruz qala bilər. Belə ki, yaş yarıma qədər uşaqların oturacaqları maşının hərəkət istiqamətinin əksinə yerləşdirilməlidir. Əks halda uşağın başının yellənməsi zamanı maşın qəfildən dayanarsa, bir sıra fetal nəticəyə səbəb ola bilər.
Arzu
Medicina.az