Jurnalist Bəxtiyar Fətullayev xəstə övladı üçün sosial şəbəkə vasitəsilə yardım istəyib.
Medicina.az jurnalistin paylaşımını sizə təqdim edir:
"Əziz dostlar, həmkarlar, xeyirsevər insanlar! 12 gün əvvəl oğlum Hüseyinlə bağlı paylaşdığım statusa biganə qalmadığınıza görə, hər birinizə təşəkkür edirəm! Hesaba pul köçürən, Hüseyn balanın halına can yandıran və ona baş çəkib halıyla maraqlanan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm... Amma biz hələ yolun lap başlanğıcındayıq. Onun mualicəsi üçün tələb olunan minimum məbləğ 45-50 min dolların toplanması üçün problemi mümkün qədər qabartmağınızı, ictimailəşdirmənizi xahiş edirəm. Dama-dama göl olar. Bununla biz zəngin xeyirsevər insanların da bu statusu görməsinə imkan yaratmış olarıq. Onların da dəstəyilə Hüseynin müalicəsini tezləşdirə bilərik. Bir daha qeyd edim ki, Hüseynin müalicəsi gecikir. Serebral İflic Xəstələrində beyinin inkişafı və ondan asılı olan dayaq-hərəkət sisteminin inkişafı əsasən 8-10 yaşına qədər mümkündür. Hüseyn artıq bu yaşa qədəm qoyub.
Videoda Hüseynlə bağlı bütün informasiya və onun çəkdiyi ağrı-acı əks olunub. Ürəyi zəif olanlar videoya baxmaya da bilər. Kim bu xeyirxah işdə sonadək Hüseyn balanın yanında olmaq istəyirsə, müraciətimi özünün facebook, instagram səhifələrində öz sözləriylə paylaşsın! İnanın, belə bir müraciət etmək bir ataya heç də asan deyil.
Bir körpənin xilası bəşəriyyətin xilası deməkdir! Allah etdiyiniz yaxşlıqları əvəzsiz qoymaz!
Siz də əgər balaca Hüseynin sağalması üçün dəstək olmaq üçün yardımçı olmaq istəyirsinizsə, o zaman aşağıdakı bank hesabına pul köçürə bilərsiniz.