Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu tumlar şəkəri və xolesterini salır- Həkim

  • 2023.11.06 16:18
  • 2637 Baxış
Bu tumlar şəkəri və xolesterini salır - Həkim

Maqniy tərkibli balqabaq toxumları qanda 2 təhlükəni azaldır: xolesterin və şəkər.

“Medicina” xəbər verir ki, dietoloq Nataliya Zubareva balqabaq tumunun kimlərə nədə fayda olduğunu açıqlayıb.

“Balqabaq tumlarında bitki lifləri və həzm sistemi üçün bütün vacib elementlər var.
Eləcə də onda ürək və şəkər xəstələri üçün vacib maqniy var.

Maqniy qanda xolesterini salır, ürək-damar, sinir sistemini möhkəmlədir, yuxunu yaxşılaşdırır.

Tumlarda marqans da var. O, lipid və karbohidrat mübadiləsini yaxşılaşdırır, insulin hasilini tənzimləyir, şəkəri normada saxlayır.

L-triptofan isə serotonin, melatonin kimi hormonların hasilini artırıb, əhvalı yaxşılaşdırır.

Bu tumlar yaddaşı möhkəmləıdir, qaraciyəri qoruyur. Balqabaq tumu təbii nootrop və antidepressant hesab edilir.

Böyüklər həftədə 4 dəfə hər dəfə 100 qram – 25 ədəd balqabaq tumu yeməlidir”.

Aygün Musayeva