Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
Medicina.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Pecypc-ЮГ” MMC tərəfindən istehsal olunan və “Frozen products” MMC tərəfindən ölkəmizə idxal edilən 19.14 ton toyuğun bel tili məhsulu partiyasına baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.