Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı

  • 2024.07.15 16:08
  • 1703 Baxış
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti  artırıldı
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Medicina.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, bu müddət oktyabrın 1-nə kimi uzadılıb.

Xatırladaq ki, əvvəl bu müddət iyulun 1-nə kimi nəzərdə tutulmuşdu.