Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu tərəvəzlə keçəlliyi aradan qaldırmaq mümkündür

  • 2019.01.25 19:05
  • 12106 Baxış
Bu tərəvəzlə keçəlliyi aradan qaldırmaq mümkündür

Əsasən turşu üçün istifadə edilən yetişməmiş pomidor o qədər faydalıdır ki, hətta saç tökülməsini də dayandıra bilər.

 

Əsasən Meksika mətbəxində istifadə olunsa da yetişməmiş pomidor bütün dünyada tərəvəz kimi tanınır. Ondan çiy halda da bir çox yeməklərdə istifadə edilir. Sərt olduğu üçün soyuducuda 2 həftəyə qədər xarab olmadan qala bilir. 



Faydaları


Yetişməmiş pomidorun lif səviyyəsi çox yüksəkdir. Bu isə qəbizlik və köpmə kimi problemlərin qarşısını alır. Yaşıl pomidorun qabıqlarından yüz illər əvvəldən tibbi məqsədlə istifadə edilməyə başlanılıb. Faydaları arasında ən əhəmiyyətlisi isə saç tökülməsinin qarşısını almasıdır. Bundan əlavə o saç diblərində əmələ gələn kəpəyi də aradan qaldırır.  


Yaşıl pomidor güclü C vitamini mənbəyidir. Əsasən də qış aylarında istifadə edildikdə orqanizmi soyuqdan qoruyur. Orqanizmi yad maddələrdən təmizləyir və qırmızı qan kürəciklərinin sayını artırır. 


C vitaminindən əlavə A vitamini ilə də zəngindir. Bir çox göz xəstəlikləri zamanı müsbət təsir göstərir. Həzm sistemi üçün çox faydalı olmasından əlavə həm də çəkinin stabil saxlamağa də kömək olur. Bunun səbəbi insanı uzun müddət tox tutmasıdır. 


Bol vitamin və liflə yanaşı tərkibində az miqdarda yağ olur. Aşağı kaloriyə malikdir. Salatlarınıza əlavə edəcəyiniz 2 ədəd yaşıl pomidor sizi axşama qədər tox tutacaq.  


Tərkibində olan tomatillo və niasin maddələri sayəsində qida maddələrini enerjiyə çevirir. Bunun sayəsində də bu tərəvəz məhsulu orqanzimin bol enerji ilə təmin olumasını həyata keçirir.


Arzu

Medicina.az