Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu tərəvəz qaraciyəri təmizləyir, həzmi yaxşılaşdırır

  • 2024.03.06 18:10
  • 1469 Baxış
Bu tərəvəz qaraciyəri təmizləyir, həzmi yaxşılaşdırır
Yeməklərdə və ya salatlarda istifadə olunan ənginar lif, vitamin, mineral və antioksidantlarla zəngindir.

Medicina.az xəbər verir ki, uzman dietoloq Elif Bilgin Baş ən çox istehlak edilən tərəvəzlər siyahısında yer almayan ənginarı daha tez-tez yeməyi tövsiyə edib.

Dietoloq ənginarın faydalarını belə izah edib:

“Enginarın sağlamlığımız üçün bir çox faydası var. Tərkibindəki yüksək lif sayəsində həzmi yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Antioksidantlarla zəngin olduğu üçün sərbəst radikallara qarşı qoruyucu təsir göstərir və immunitet sistemini gücləndirir”, - deyə dietoloq qeyd edib.

Onun sözlərinə görə, az kalorili olması onu çəkisinə nəzarət etmək istəyənlər üçün ideal tərəvəzə çevirir.

“Bu tərəvəz C vitamini, folat, kalium və maqnezium kimi bir çox vacib vitamin və mineral mənbəyidir. Bu qidalar bədənin sağlam olması üçün çox vacibdir. Ənginar, qaraciyərləri təmizləyir. Xolesterol səviyyəsini aşağı salır və qan şəkəri səviyyələrini tarazlaşdırır. Müntəzəm olaraq ənginar yemək sağlam həyat tərzini dəstəkləyir”, - dietoloq Elif Bilgin Baş vurğulayıb.

Aysel