Natrium qlutamaq insan orqanizmi üçün çox zərərlidir.
Medicina.az bildirir ki, Rusiyanın Səhiyyə nazirliyinin facebook səhifəsində qeyd edilib ki, bir çox insanlarda qida əlavələri dəhşət doğurur.
"Çoxsaylı araşdırmalar göstərir, natrium qlutamat ona qarşı həsalığa malik olan insanlara çox pis təsir edir. Ümumiyyətlə bu maddə kifayət qədər böyük dozalarda təhlükəlidir.
"Bu maddə "zibil qidalar”ın – şipslərin, suxarilərin tərkibində olur. Bu cür ərzaqlar az qidalılıq dəyərinə malikdir, tərkibində lif, vitamin və minerallar yoxdu. Onlardan aldığımız yalnız kalori və qeyri-təbii daddır. Bu isə insanı həmin qidaları daha da çox yeməyə təhrik edir.” –deyə məlumatda qeyd edilir.
Nazirlik əməkdaşının sözlərinə görə, qidanın tərkibində olan natrium qlutamat sərbəst şəkildə olduğu üçün qaba tez keçir. Buna görə də qandakı miqdarı kəskin şəkildə qəfil artır. Bu zaman insanın vəziyyəti qəfil pisləşə bilər. Bununla yanaşı pomidoriun, göbələyin və toyuq ətinin tərkibində olan təbii qlutamat maddəsi zülalla birləşmiş halda olduğu üçün qana uzun müddətə sovrulur.
"Başqa bir təhlükə isə bu maddənin tərkibində olan natriumdur. Onun artıq miqdarı qan təzyiqini artırır, böyrəklərin, ürək və qan damarlarının işini çətinləşdirir. Buna görə də, ürək-damar xəstəlikləri olan insanlar duzlu qidalardan, həmçinin də tərkibində natrium qlutamat olan qidalardan uzaq durmalıdırlar.