Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu tarixdən dünyada Deltanı Omikron əvəz edəcək

  • 2021.12.17 13:52
  • 1793 Baxış
Bu tarixdən dünyada Deltanı Omikron əvəz edəcək

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi 2022-ci ilin ilk iki ayında koronavirusun Omikron variantının Avropada dominant variant olacağını gözləyir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) yenilənmiş riskin qiymətləndirməsi hesabatında Omikron variantının yaxın bir neçə ay ərzində Avropa ölkələrində çox sürətlə yayılacağına dair gözləntilər yer alır.

Hesabatda Avropada dominant variant olan Deltanın 2022-ci ilin ilk iki ayında Omikron variantı ilə əvəzlənəcəyi vurğulanıb.

Qeyd olunur ki, ölüm və xəstəxanaya yerləşdirmə sayının da artıracağı güman edilir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Omikron variantı dünyanın 77 ölkəsində aşkar edilib, əslində isə rəqəm daha çoxdur.