Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu südü qətiyyən içməyin

  • 2023.03.30 15:15
  • 3152 Baxış
Bu südü qətiyyən içməyin
Süd vitamin və mineralların, xüsusən də protein və kalsiumun əla mənbəyidir. Sonuncu sümük sağlamlığında, əzələ hərəkətində və sinir siqnallarında mühüm rol oynayır.

Səhiyyə orqanları sümük qırıqlarının və osteoporozun qarşısını almaq üçün kifayət qədər kalsium almağı tövsiyə edir. Təbii söhbət süddən gedir.

“Medicina” xəbər verir ki, qablaşdırılmış südlər orqanizmimizi birbaşa zəhərləyir.

Yeni araşdırmaya görə, Listeriya monocytogens adlı mikroorqanizm soyuducuda saxlanılan qidaların soyuq şəraitində belə inkişaf edə bilir.

Təhlükəli mikrobun başlaya biləcəyi məhsullar süd, dondurma, müxtəlif növ yumşaq pendir növləri, ət və ət preparatları, çiy tərəvəzlər, çiy və ya bişmiş quş əti, çiy və ya hisə verilmiş balıqlardır. Normalda çiy süd dərhal bişirilməli və ya bişirilənə qədər soyuducuda buzluqda saxlanmalıdı. Söhbət təbii qidalarla qidalanan heyvanların südündən gedir.

Paketləşdirilmiş südlər isə təbii süd məhsullarından uzaqdırlar. Bu da südün tərkibindəki zəngin maddələri demək olar ki, yox dərəcəsinə gətirir. Paketlərdəki südün tərkibi dəyişdiyi halda zəhərlənmələrə və digər orqanizmdəki mənfi dəyişikliklərə səbəb ola bilir.

Aynurə Məmmədova