Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu süd məhsulu arıqlamaq üçün daha effektivdir

  • 2019.10.07 09:36
  • 4627 Baxış
Bu süd məhsulu arıqlamaq üçün daha effektivdir


Təbii və ya yunan yoqurtunun istifadəsi arıqlamağa yönələn gücü 80% daha effektiv edir.


Medicina.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "International Journal of Obesity"  jurnalının yayımladığı araşdırmanın nəticələrində qeyd edilib.


Araşdırmaçı, professor Maykl Zemel təsdiqləyir ki, şəkərsiz və təbii yoqurt artıq çəki ilə mübarizədə ilk sıralarda duran məhsullardandır. Onun sözlərinə görə, gündə üç dəfə eyni miqdarda yoqurtun qəbulu orqanizmi kalsiumla zənginləşdirir. 


Professor Zemelin araşdırması göstərib ki, qidalanmasına fikir verən (gündə 1200 kaloridən çox olmayan qida qəbulu) və aclığı yatırmaq üçün yoqurtdan istifadə edən insanlar digərlərinə baxanda daha effektiv arıqlayır. Yoqurt yeyən könüllülər, nəticədə, 22% daha çox çəki atıb və 81% daha çox qarın yağı yandırıb.