Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu sous süd vəzi xərçəngindən qoruyurmuş– Maraqlı kəşf

  • 2019.09.27 15:11
  • 10324 Baxış
Bu sous  süd vəzi xərçəngindən qoruyurmuş–  Maraqlı kəşf
Amerikanın Buffalo və Puerto – Riko Universitetlərinin alimləri qadınlarda süd vəzi xərçənginə mane olan, profilaktikası üçün əhəmiyyətli sadə tərkibli sousun effektini sübut ediblər.


Medicina.az xəbər verir ki, elmi tədqiqat Puerto Riko qadınlarının üzərində aparılıb. Tədqiqatın nəticəsi Canser dərgisində çap olunub.

Tədqiqatın müəllifi, doktor Qauri Desai qeyd edib ki, sofrito adlı sousu yeyən puerto rikolu qadınlarda döş xərçəngi riski 68% azalıb. Bu isə ciddi göstəricidir.


Sousun tərkibində isə soğan və sarımsaq var. 


Soğan və sarımsaqda olan flavonoid birləşmələr kanserogen əleyhinə təsirə malikdir və bu 2 vasitənin xərçəng əleyhinə effekti heyvanlar üzərindəki tədqiqatlarda sübut olunub. 


Medicina.az həmin sousun reseptini təqdim edir.


Tərkibi: 


Pomidor – 6 ədəd

Bolqar bibəri – 2 ədəd

Soğan -1 ədəd

Sarımsaq -3 diş

Zeytun yağı – 3 x.q

duz, istiot

Hamısı acıka kimi hazırlanır.

 


Bu sous  süd vəzi xərçəngindən qoruyurmuş–  Maraqlı kəşf