Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var.
Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər.
Medicina.az xəbər verir ki, aparılan araşdırmaya görə, albalı şirəsi istehlakı insult və ya infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.
Bunun səbəbi, şirənin qan təzyiqi və xolesterini aşağı salan və ürək-damar xəstəliklərindən qoruyan “polifenol” adlanan sağlam bitki birləşmələri ilə zəngin olmasıdır.
“Nutrients” jurnalında dərc edilən nəticələr, həmçinin bu şirəni içənlərin ciddi xəstəliklərə səbəb olan iltihab və oksidləşdirici stressə daha az meylli olduğunu ortaya çıxarıb.
Tədqiqatın bir hissəsi olaraq, Delaver Universitetinin rəhbərlik etdiyi bir qrup albalı şirəsinin 65-80 yaş arası 34 kişi və qadın üzərində təsirini araşdırıb. Onlar 12 həftə ərzində gündə 480 ml şirə və ya nəzarət içkisi istehlak ediblər.
Albalı şirəsinin "pis xolesterolu", digər bir sözlə LDL-ni (aşağı sıxlıqlı lipoprotein) 11 faiz azaltdığı aşkar edilib.
Dietoloq Dr. Şo Çinq Şay bildirib ki, bu araşdırma albalı şirəsinin ürək üçün faydalı, sağlam pəhrizə yaxşı bir əlavə ola biləcəyini göstərir.
"Gördük ki, albalı qrupunun iştirakçılarının qanındakı sistolik qan təzyiqi və LDL xolesterini, həmçinin CRP və MDA biomarkerləri də daxil olmaqla, iltihabı və oksidləşdirici stressi göstərən maddələr nəzarət qrupuna nisbətən daha aşağı səviyyələrdə idi.
Yüksək qan təzyiqi və xolesterin səviyyələri infarkt, insult kimi ciddi sağlamlıq problemlərinə səbəb olan iki əsas amildir. Ürək-damar xəstəlikləri bütün dünyada ən böyük ölüm səbəblərindən biridir. Əgər çəki artımının qarşısını almaq istəyirsinizsə, digər şirələr və içkilərlə müqayisədə albalı şirəsi daha yaxşı seçimdir”, - deyə həkim vurğulayıb.
Qeyd edək ki, burada konservləşdirilmiş yox, təbii albalı şirələrindən söhbət gedir. Albalı irəsinin təbii olaraq ev şəraitində meyvələrdən əldə olunması burada çox böyük əhəmiyyət kəsb edir.
Aysel