Qabığından tutmuş tumuna kimi faydalı olan narın daha bir xüsusiyyəti elmi sübut olunub.
Medicina.az xəbər verir ki, Şotlandiyada keçirilən tədqiqatda 58 kişi üzərində narın təsiri sınanıb.
Təcrübədə kişilər hər gün 2 stəkan nar şirəsi qəbul ediblər.
2 həftədən sonra onlardan analiz götürülüb.
Qanda əsas kişi hormonu olan testosteronun əsaslı şəkildə artması qeyd olunub. Eləcə də kişilər nar suyundan sonra seksual fəaliyyətin də qənaətbəxş olduğunu bildiriblər.
Alimlər əminliklə bu meyvəni “Viaqra” kimi cinsi istəyi artıran maddənin əvəzləyicisi hesab edirlər.
Nar qadınlara da eyni təsir edir.
Gerek, at-at olsuki, arpasini bol edek, yoxsa axsaq ata ne etsende xeyri yoxdur!