Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu şəxslər evlərində peyvənd edilir - TƏBİB

  • 2021.02.17 11:48
  • 1287 Baxış
Bu şəxslər evlərində peyvənd edilir -  TƏBİB

2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində respublikanın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.

TƏBİB-dən Medicina.az -a verilən məlumata görə, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında qurum tərəfindən həyata keçirilir.