Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu şəxslər 3-cü doza vaksin vurdursunlar - TƏBİB açıqladı

  • 2021.10.07 12:02
  • 1698 Baxış
Bu şəxslər 3-cü doza vaksin vurdursunlar -  TƏBİB açıqladı
“Buster” (3-cü doza) - peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən, 3-cü dozanın 1 və 2-ci dozalardan 6 ay keçmiş və 65 yaşdan yuxarı yaş həddi olan, 18 yaşdan yuxarı yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir.

Medicina.az xəbər verir ki, bu sözləri Axar.az-a TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva 3-cü doza peyvəndin əhəmiyyəti barədə danışarkən deyib.

“Azərbaycanda da artıq “buster” peyvənd olunanlar var. 60 yaşdan yuxarı və yüksək risk qrupuna daxil olan insanlara da 3-cü doza peyvənd olunmalarını tövsiyə edirik. TƏBİB-in öz əməkdaşları arasında da 3-cü doza peyvəndi olunanlar var. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 3-cü doza peyvəndi 50 yaşdan yuxarı yaş həddi olanlar, 16 yaşdan yuxarı yüksək risk qrupları, eyni zamanda yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər qəbul edə bilərlər. İsraildə isə 3-cü doza 60 yaşdan yuxarı vətəndaşlarla yanaşı, avqust ayından 12 yaşdan yuxarı yeniyetmələrə də tətbiq edilir. Tədqiqatlara əsasən, 3-cü doza almış 60-dan yuxarı yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb”, - Y.Qarayeva deyib.

Yaqut Qarayevanın sözlərinə görə, “buster” dozanın müsbət nəticəsi daha çox 65 yaşdan yuxarı yaş qrupunda qeydə alınıb:

“Türkiyədə, ABŞ-da keçirilmiş tədqiqatlara əsasən, “buster” dozanın effektivliyi sübut olunub. Kanada da “buster” dozanı immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir”.