Hər bir kəs qüsursuz bir üz dərisinə sahib olmaq istəyər. Bunun üçün bir çox maskalardan, sınanmış vasitələrdən istifadə edirik. Bəzən isə bunların tam əksinə olaraq, etdiyimiz səhvlərlə dərimizdə problemlər yaradırıq.
Yoxlanmadan alınan məhsullar: Dəriyə qulluq vasitələri və makiyaj məhsullarının ən böyük yan təsiri allergik reaksiyalardır. Bir məhsulu almadan öncə test edib, yoxlamaq lazımdır. Özəlliklə həssas dərisi olanlar bunu bir növ qayda halına gətirməlidirlər.
Makyajı təmizləmədən yatmaq: Gün içərisində üst-üstə və həddən artıq makiyaj edilməməlidir. Özəlliklə yatmadan öncə üz mütləq təmizlənməlidir. Çünki üzünüzdə makiyajla yatdığınız zaman dərinizdəki məsamələr tıxanır. Bu dərinizdə sızanaqların meydana gəlməsinə, eyni zamanda yaşlanmasına və gözlərdə qıcıqlanmaya səbəb ola bilər. Təmizlənən dəriyə nəmləndirici çəkilməlidir.
Sızanaqları sıxmaq: Sızanaqları sıxdığınızda məsaməni bağlayan nədirsə üzə çıxır, amma çoxu içəridə, dəri altında qalır. Amma yenə də hər dəfəsində sızanaqları sıxmaq insana, ən uyğun həll kimi gəlir.
Yuxu pozğunluğu: Yuxu pozğunluğu da bunun əsas səbəblərindən biridir. Gec yatmaq, yuxusuz qalmaq digər orqanlar kimi dərinizə də təsir edir.
Çoxlu şəkər və qəhvə istifadəsi: Gündə 2-3 stəkandan daha çox qəhvə içmək bədəndə mövcud olan kortizol dəyərini artırır. Yüksək kortizol (stress hormonu) yaşlanmanı artırır. Eyni zamanda qəhvə bədənin susuz qalmasına səbəb olur. Bədən susuz qaldığı zaman dəridə quruluğa və cansızlığa səbəb olur. Bu vəziyyətdə quru olan dəri qırışıqlıqların yaranmasını asanlaşdırır. Yenə də şəkər dərinin düşmənləri arasında olan bir qidadır. Dərinin daha parlaq və sağlam görünməsi üçün qanda şəkərin miqdarını normada saxlamaq lazımdır. Dərinin maye ehtiyacını qarşılamaq üçün isə su ən gözəl seçimdir.
Aygün Nəbiyeva