Sankt-Peterburq şəhərində son 2 həftədir yoluxmada səngimə prosesində əks dəyişmə baş verib.
Medicina.az xəbər verir ki, 10 may tarixinə nisbətən yoluxanların sayı 29% artıb. Eləcə də sutkalıq xəstəxanaya yerləşdirilənlər də 27% çoxalıb.
Şəhərdə peyvəndləmə davam edir, yarım milyon insan kovid peyvəndi olunub.
Rusiya səhiyyə naziri Mixail Muraşko ölkədə hələ üçüncü dalğanın başa çatmadığını demişdi. O vətəndaşları dördüncü dalğanı gözləmədən, yoluxanlar azalsa da peyvəndləmədə tələsməyə çağırıb.