Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.
Medicina.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın 55,9 faizlə Bakıda qeydə alındığını göstərir.
Sonrakı yerlərdə 14,9 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,5 faizlə Gəncə-Qazax, 4,1 faizlə Lənkəran, 2,4 faizlə Quba-Xaçmaz, 2,3 faizlə Şəki-Zaqatala, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, ən az yoluxma 0,09 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Bundan əvvəlki göstəricilərdə Naxçıvanda yoluxma səviyyəsi 0,10 səviyyəsində idi.
Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır.