Artıq çəkidən qurtulmaq istəyən hər kəs yağlı yeməkləri salatlarla əvəz edir. Amma salatlardakı bəzi ərzaqlar sizi arıqlatmaq əvəzinə kökəldəcək.
“Medicina” xəbər verir ki, salatlarla arıqlamaq üçün bunlara diqqət yetirmək lazımdır:
1. Salata əlavə yağ, mayonez və ya smetan qatılıbsa, o kalorini artıracaq.
Məsələn, supermarketdə qablaşdırılan salatlarda 10 qrama qədər yağ (30 qrama) və saysız-hesabsız kalori ola bilər. Səbəb isə souslar çox vaxt mayonez və ya krem fraişe ilə hazırlanır.
2. Ədviyyatlanmış və ya souslanmış ət - Qızardılmış toyuq və ya hinduşka döşü ilə salat əslində əla nahardır: yeməkdə təkcə vitaminlər deyil, həm də çoxlu protein var. Ancaq arıqlamağa çalışarkən, ətin sadəcə, suda bişməsi gərəkdir.
3. Pendir məşhur salatların bir çoxuna daxildir: Yunan salatı (feta), aşpaz salatı (qouda), Sezar salatı (parmezan) və mozzarella ilə pomidor salatı. Bununla belə, bu növ pendir tez bir zamanda salata kalori əlavə edə bilər.
Məsələn, 100 qram quda təxminən 350 kalori və 30 qram yağ təşkil edir. Ona görə də salatda bu cür yağlı pendirlərin miqdarına diqqət yetirin.
4. Krekerlər - evdə hazırlananlar daha sağlamdır. Nəzərə almaq lazımdır ki, 50 qram krakerdə ( suxaridə) təxminən 240 kalori və 20 qram yağ var.
Səbəb isə kiçik çörək kubları adətən, bol yağda qızardılır.
Günay Quliyeva