Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu sadə reseptlə mədə-bağırsağınız tər-təmiz olsun – HAZIRLANMA QAYDASI

  • 2019.02.27 11:08
  • 24503 Baxış
Bu sadə reseptlə mədə-bağırsağınız tər-təmiz olsun –  HAZIRLANMA QAYDASI

Kətan toxumunu bal ilə qarışdırıb qəbul etmək bir çox dərdə dərmanmış. 


Medicina.az xəbər verir ki, bal ilə qarışdırılmış kətan toxumu immunitet və damarlar üçün ən yaxşı vasitələrdən biridir. 


Balın bir çox xəstəklərin dərmanı olduğu çox bilinən faktlardandır. Buna görə də bir sıra müalicəvi vasitələrin tərkibinə bal əlavə edilir. O, qripi və soyuqdəyməni aradan qaldırır, həmçinin, bağırsaqların toksinlərdən təmizlənməsini təmin edir. 


Yoğun bağırsaq qəbul edilən qida maddələrinin tərkibində olan suyu və elektrolitləri özünə çəkərək nəcis formalaşdırır. Əgər yoğun bağırsağın hərəkəti zəifləyərsə, bu, bağırsaq qıcıqlanması sindromuna və ən pis halda xərçəngə səbəb ola bilər.

  

Yoğun bağırsaq gün ərzində 2-3 litrə qədər suyu özünə hopdurur. Onun təmizlənməsi üçün bir sıra təbii vasitələrdən istifadə edilir. Bu vasitələrdən biri də kətan toxumu qarışdırılmış baldır.  


Tələb olunanlar: 


•1 stəkan su 


•1 x/q təbii bal 


•1 x/q kətan toxumu 


•Yaşıl alma 


Hazırlanma qaydası


Almanı təmizləyərək digər inqrediyentlərlə birlikdə blenderdən keçirin. Alınan bu sıyığa bənzər qarışım sizin mədə-bağırsaq sisteminizi təmizləyəcək. Vasitəni həftədə 2 dəfə istifadə etmək olar.  


Arzu

Medicina.az