Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu sabunlarla üzü yumaq olmaz – Dermatoloq

  • 2022.05.18 12:45
  • 3369 Baxış
Bu sabunlarla üzü yumaq olmaz  – Dermatoloq


Bir çox insanlar üzü təsərrüfat sabunu, ağır tərkibli vasitələrlə yuyur.

Bakupost.az xəbər verir ki, dermatoloq həkim Natela Qrişina hansı sabunların üz dərisinə zərərli olduğunu açıqlayıb.

“Deqtarlı sabun və 72%-lu təsərrüfat sabunu üz və baş dərisindəki problemləri aparmaq üçün istifadə edilir. Bu səhvdir. Təsərrüfat sabunu ümumiyyətlə üzə vurmaq olmaz. O dəri üçün yox, təsərrüfat işləri üçündür. Deqtar sabunu isə həftədə 1-2 dəfədən çox yalnız problemli – yəni iltihablı dəriyə istifadə oluna bilər.

Bu sabunlar dərini qurudur. Piy vəzilərinin işi pozulur, allergik proseslər baş qaldırır.

Dəri təbii piy yağından məhrum olacaq, onda mikroçatlar yaranacaq, nəticədə burdan infeksiyalar dəri altına keçəcək.
Nəticədə dermatit, allergik dermatozlar qaçılmazdır.

Bu sabunların pH balansı dəri ilə uyğun deyil.

Dərini ümumiyyətlə sabunlarla qurutmaq olmaz. Üz dərisi üçün ən uyğun sabun uşaq sabunlarıdır”.

Aygün Musayeva

BakuPost