Maqadanın Omsukcanskiy rayonuna avqustun 1-i qar düşüb.
Medicina.az xəbər verir ki, bu artıq 3-cü dəfədir ki, yayda Maqadanda hava kəskin enir.
Sürücülərin çəkdiyi qarlı yollar və şaxtalı hava roliri sosial şəbəkələrdə virus kimi yayılıb.
Sinoptiklər xəbərdar ediblər ki, bu rayonda hərarət mənfi 4 dərəcəyə düşəcək.
Maraqlısı budur ki, Maqadan vilayətində 15 iyulda rekord istilik qeydə alınmışdı. Avqustda isə qar yağıb.