Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qoz bağırsaq xərçəngindən qoruyur

  • 2025.04.25 17:13
  • 172 Baxış
Bu qoz bağırsaq xərçəngindən qoruyur


Konnektikut Universitetinin amerikalı alimləri qozda güclü xərçəng əleyhinə xüsusiyyət və maddə aşkar ediblər.


“Medicina” xəbər verir ki, bu məhsulun müntəzəm istifadəsi orqanizmdə iltihabi prosesləri yatırdığı və kolon xərçəngi riskini azaltdığı məlum olub.

Tədqiqat Cancer Prevention Research (CPR) elmi jurnalında dərc olunub.
Klinik təcrübə zamanı mütəxəssislər risk qrupundan olan 39 xəstəni müşahidə ediblər. İştirakçılar üç həftə ərzində nəzarət edilən pəhrizin bir hissəsi olaraq hər gün qoz yeyiblər.

Nəticələr qanda iltihabi markerlərin əhəmiyyətli dərəcədə azaldığını göstərdi - 15-25%. Xüsusilə nəzərə çarpan təsir obez xəstələrdə müşahidə edilmişdir.

Məlum olub ki, qozun tərkibindəki ellagitanninlər bağırsaq bakteriyalarının təsiri ilə güclü iltihab əleyhinə birləşmə olan urolitin A-ya çevrilir.

Bu maddə təkcə iltihabı azaltmır, həm də xərçəng əleyhinə xüsusiyyətlərə malik olan YY peptidinin istehsalını təşviq edir.

"Bütün insanlar qoz-fındıqları eyni şəkildə həzm etmirlər. Ancaq gündə bir ovuc qoz bağırsaq sağlamlığını dəstəkləmək üçün sadə yol ola bilər", - deyə müəlliflər bildirib.


Aygün Musayeva