Çinin istehsal etdiyi iki peyvənd – poliomielitə qarşı ikivalentli peroral peyvənd və hepatit A-ya qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin təsnifatından keçib.
Medicina.az trend-ə istinadən məlumat verir ki, ÜST bu peyvəndlərin təhlükəsizliyini və səmərəliliyini tanıyıb və BMT-nin müxtəlif satınalma agentlikləri xəstəliklərin profilaktikası üçün bu peyvəndləri əldə edə bilər.
Qeyd edək ki, hazırda Çin ÜST-ün ilkin təsnifatından keçmiş dörd peyvəndə sahibdir.