Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qızın bir gözü göy, bir gözü qaradı - Azərbaycanda nadir hadisə

  • 2018.02.24 22:43
  • 24031 Baxış
Bu qızın bir gözü göy, bir gözü qaradı -  Azərbaycanda nadir hadisə
Tovuzda yaşayan 6 yaşlı qız gözlərinin rəngləri ilə bir çoxlarının marağına səbəb olur.


Medicina.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, onun gözlərinin biri göy, digəri isə qara rəngdədir.


Zəhra Əliyeva doğularkən gözləri fərqli rəngdə olub.


Gözlərinin rəngləri fərqli olsa da, uşağın görməsində indiyə qədər heç bir problem olmayıb. Buna baxmayaraq, uşağın 13 yaşından sonra təkrar müayinə olunması məsləhət görülüb.


Zəhranın valideynləri deyirlər ki, indiyə qədər nəsillərində belə hala rast gəlinməyib. İlk dəfə Zəhranın göz rəngində müşahidə etdikləri fərq dünyada da nadir hadisə sayılır.


Onun şəxsiyyət vəsiqəsində də gözlərinin rəngi göy və qara yazılıb.