Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qız 4 ildir yemək yemir – Nadir xəstəlik onu əridib

  • 2018.10.10 14:15
  • 9488 Baxış
Bu qız 4 ildir yemək yemir –  Nadir xəstəlik onu əridib
Kelli Bekers xroniki bağırsaq psevdoobstruksiyası adlı xəstəlikdən əziyyət çəkir. Bu nadir xəstəliyin səbəbi bilinmir.

 

Xəstəlik zamanı bağırsağın peristaltikası pozulur, qida bağırsaq boyu hərəkət etmir, bağırsaq keçməməzliyi ağırlaşır. Simptomları- ürəkbulanma, yeməkdən sonra qusma, ağrılar, köp, qəbizlik, halsızlıq. 


Medicina.az xəbər verir ki, Niderland sakini 27yaşlı qız 4 ildir ki, normal yemək yemir, yalnız süni yolla qidalandırılır. Bir neçə dəfə qız sepsis olaraq ölümlə üz-üzə qalmışdı. 

Qız daim bədənində nəcis qəbul edən cihaz gəzdirir. 


Bütün bu dəhşətlərə baxmayaraq, Kelli xəstəliyindən və bədənindən utanmır, cəmiyyət arasına çıxır, həyatına davam edir. Xəstəliyi barədə bloq aparır, təbliğat işləri görür, idman klubunda çalışır. 


Qız tək yaşamağa çalışır, onun qulaq yoldaşı isə itidir. İt sahibəsinin xəstəliyinin simptomları ağırlaşan kimi qaçaraq qonşulara xəbər verir.

 

 

Bu qız 4 ildir yemək yemir –  Nadir xəstəlik onu əridib
Bu qız 4 ildir yemək yemir –  Nadir xəstəlik onu əridib