Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qış da qarı görmədik: anomal isti qış sağlamlığa zərərlidir

  • 2025.01.30 16:21
  • 192 Baxış
Bu qış da qarı görmədik:   anomal isti qış sağlamlığa zərərlidir

Anormal isti qış sağlamlığa mənfi təsir göstərə bilər. Bu, immun sisteminin zəifləməsi, xroniki xəstəliklərin kəskinləşməsi və psixoloji problemlərin yaranmasına səbəb olur.


“Medicina” xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya bu barədə danışıb.


“Qışda temperaturun tez-tez dəyişməsi, gah isti, gah soyuq hava, şaxtanın olmaması, anormal hava şəraiti orqanizmdə əlavə stress yaradır. Belə hava dəyişiklikləri sağlamlıq üçün daha ciddi nəticələrə səbəb ola bilər.


Hər şeydən əvvəl, anormal isti qış immunitet sisteminin zəifləməsinə gətirib çıxarır. Qış şaxtaları təbii fizioloji yolla orqanizmin soyuğa uyğunlaşmasına və immun sistemini gücləndirməsinə kömək edir.


Digər bir təsir xroniki xəstəliklərin və psixi problemlərin kəskinləşməsidir".


Nəhayət, qeyri-adi isti qış yoluxucu xəstəliklərin alovlanmasına səbəb ola bilər”.


Nevroloq Demyanovskaya xatırladıb ki, 0°C ətrafında temperatur tənəffüs yoluxucu virusların yaşaması və yayılması üçün optimal şərait yaradır. Bundan əlavə, qar və küləksiz isti qışda havada toz, allergen və çirkləndiricilər toplanır.

Bu, xroniki respirator xəstəlikləri olan insanların vəziyyətini pisləşdirə bilər - bronxial astma, xroniki bronxit daha da aktivləşir.

İqlim məsələləri üzrə ekspert Aleksey Kokorinin məlumata görə, son 50 ildə Rusiyada qışın orta temperaturu təxminən 3 dərəcə artıb. O qeyd edib ki, qışın isti keçməsi tendensiyası 1976-cı ildən müşahidə olunur.

2024/25-ci il qışının isti keçəcəyini artıq dekabrın əvvəlində Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bəyan etmişdi.
Eyni zamanda havaların istiləşməsi ilə əlaqədar paytaxta yaz vaxtından əvvəl gələcək.


Aygün Musayeva