Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalarla çörək yemək olmaz – Diabet və infarkt riski artır

  • 2019.03.27 21:47
  • 18552 Baxış
Bu qidalarla çörək yemək olmaz –  Diabet və infarkt riski artır

Azərbaycanda az qala çörəyi də çörəklə yemək qədər çörəyə bağlılıq insanlarımızda piylənmə, damar tıxanması, şəkər xəstəliyini artırır.

Elə qidalar, xörəklər var ki, onu çörəklə yemək olmaz.



Medicina.az çörəklə uyğun olmayan və birlikdə yedikdə zərərli olacaq ərzaqların siyahısını təqdim edir:



1.Meyvə və meyvəli yeməklərlə



Əgər qidada meyvə varsa onun çörəklə yeyilməsi pis həzmə və mədədə qıcqırmaya səbəb olur.



2.Kələmlə



Kələm köp yaradan tərəvəzdir. Onun çörəklə birgə qəbulu mədə-bağırsağa ikiqat təsirdir. 



3.Şoraba



Duzlu şoraba ilə çörək yemək mədə şirəsini artırır, mədə divarını qıcıqlandırır, həzmi pozur.



4.Mürəbbə



Bizdə dəbdə olan mürəbbə çəkilmiş çörək qanda şəkəri çox artırır, insanı kökəldir, metobolizmi pozur.



5.Göbələk



Göbələk ayrılıqda özü orqanizm üçün ağır qidadır, ona görə uşaqlara göbələk verilməsi məsləhət deyil. Üstəlik onu cörəklə yemək həzm sistemi çökər.



6.Yağlı qızardılmış yemək



Bu yeməklər də ağır, çətin həzm olunan hesab olunduğundan, onu ağ yox, qara çörəklə yemək məsləhətdir



7.Kartof püresi



Püre nişasta tərkibli olduğu üçün özü çörəyi əvəz edə bilər. Püre ilə çörək elə çörəklə çörək yeməyə bərabərdir.