Arıqlamaq üçün bu 5 məhsulu gecə, yatmazdan əvvəl də yeyə bilərsiniz.
“Medicina” xəbər verir ki, bir çoxlarının fikrincə, axşam 6 –da sonra yemək artıq kilo almağa gətirirb çıxardır.
Lakin bir çox mütəxəssislərin fikrincə, elə məhsullar var ki, onu axşam da qəbul etmək olar.
Mütəxəssislər vurğuladılar ki, yatmazdan 2-3 saat əvvəl az yağlı yeməklər bədəni doyurmaqla yanaşı, həm də arıqlamağa kömək edir.
Toyuq döşü , filesi - gecə qəlyanaltı üçün uyğun ola bilər. Əsas odur ki, sui-istifadə etməmək və eyni zamanda onu düzgün bişirməkdir. Diyetoloqlar duzsu, sobada bişirməyi məsləhət görürlər.
Az yağlı kəsmik də - aclıqla tez mübarizə aparacaq. Ancaq gecələr şəkərsiz, balsız, xamasız yeyilməlidir. Həddindən artıq aclıq hissi yarandıqda, yeməyə bir qədər qızardılmış və ya bütöv giləmeyvə əlavə edə bilərsiniz.
Az yağlı balıq növləri gec qəlyanaltı üçün də uyğundur. Diyetoloqlar yeməyi duz əlavə etmədən buxarda bişirməyi məsləhət görürlər. Zülaldan əlavə, balıq B vitaminləri və mineralların ehtiyatlarını dolduracaqdır.
Kərəvəz çiy yeyilə bilər və ya gecə gec saatlarda içki kimi qəbul edilə bilər. Beləliklə, güclü aclıq hissi ilə yerkökü kərəvəzə əlavə edilə bilər.
Alma da daha sonra yeyilə bilər. Bu meyvə arıqlama prosesini sürətləndirir, xolesterinin səviyyəsini aşağı salır, həmçinin mədə-bağırsaq traktının normallaşmasına kömək edir. Onları təzə və ya bişmiş halda yemək daha yaxşıdır.
Günay Quliyeva