Bu qidaları çimərliyə aparmaq risklidir - Ekspert

  • 2024.07.05 13:39
  • 573 Baxış
Bu qidaları çimərliyə aparmaq risklidir -  Ekspert
Çimərlik mövsümü başladığından insanların diqqət etməli olduğu məsələlərədn biri də özləriylə hansı qidaları aparmalarıdır.

Qida mütəxəssisləri hesab edir ki, çimərliyə istirahətə gedəndə ağır yeməklərdən uzaq durmaq lazımdır. Amma Azərbaycanda bir çox hallarda çimərliyə yeyib-içməyə gedirlər.



Bakupost.az -a açıqlamasında qida üzrə mütəxəssis Ağa Salamov çimərliyə riskli qidaların aparılmasının yolverilməz olduğunu bildirdi.

Onun sözlərinə görə, tərkibində yumurta, mayonez, ət və balıq məhsulları olan qidaları çimərliyə aparmaq olmaz:

“Çünki çimərliyə gedənlər yolda tıxaca düşürlər, həmin qıdalar istidə çirklənməyə məruz qalır, bu da sonda qida zəhərlənməsinə gətirib çıxarır. Ona görə də mütəxəssislər tövsiyə edir ki, çimərliyə gedənlər özləri ilə zeytun yağıyla hazırlanmış salatlar götürsünlər, meyvə, qarpız, yemiş, pendir kimi qidalara üstünlük versinlər. Bundan başqa çimərlikdə olan restoranlarda kabab və digər yeməklər yeyə bilərlər”.


A.Salamov deyib ki, sərinlədici ilə təchiz olunmuş maşınlarda istənilən qidanı aparmaq olar. Amma qidaları günün altında saxlayıb keyfiyyətini aşağı salmaq olmaz. Bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər.