Fransada “E.coli” bakteriyası aşkarlanan qida məhsullarının sayı artır.
Medicina.az xəbər verir ki, pizza, pendir və şokolad məhsullarında aşkar edilən müxtəlif bakteriyalardan sonra indi də qatıq istehsal edən “Malo” şirkəti məhsullarını geri çağırır.
Şirkət İl və Vilen departamentindəki (Ille-et-Vilaine) fabrikdə istehsal olunan bütün qatıq məhsullarının geri çağırıldığını açıqlayıb.
Fransada qida sənayesində bakteriyalarla bağlı son xəbərlər narahatlıq yaradıb. Mart ayında “Buitoni” brendinin pizza məhsullarında “E.coli” bakteriyası aşkar edilib. İki uşaq pizza yedikdən sonra ölüb.
Belçikada şokoladların istehsal olunduğu fabrik bağlanıb, məhsullar geri çağırılıb və şirkət haqqında araşdırma başlayıb. Həmin günlərdə pendirdə “listeria” bakteriyası aşkar edildikdən sonra istehlakçılardan bakteriya müşahidə edilən altı növ pendiri almamaları və ya geri qaytarmaları istənilib.