Bəzi qidalar böyrək daşının yaranmasına səbəb olur.
Medicina.az xəbər verir ki, qara çay, qəhvə, alkoqol, çuğundur, soya, şokolad, kakao, quru əncir, qara istiot, fındıq, cəfəri, ispanaq, çiyələk, böyürtkən kimi qidalar yüksək miqdarda oksalat tərkiblidir.
Eyni zamanda, kola və qazlı içkilər fosfat tərkibli olduğu üçün daşın yaranmasına səbəb olur.
Limon və zeytun yağından hazırlanan qarışımlar böyrək daşı müalicəsində istifadə edilir. Limondaki sitrik asid sayəsində kalsium qaynaqlı böyrək daşlarını asanlıqla düşürə bilərsiniz.
Alma sirkəsi və bal ilə hazırlanan qarışımlar da böyrək daşlarını atmağa kömək edir.