Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar yavaş-yavaş beyni məhv edir - Uzaq durun

  • 2022.10.06 13:00
  • 3091 Baxış
Bu qidalar yavaş-yavaş beyni məhv edir -  Uzaq durun
Yediyimiz qidaların sağlamlığımıza təsiri barədə dəfələrlə danışılır, yazılar dərc olunur.


Bakupost.az xəbər verir ki, gündəlik həyatımızda zərərlərini bilmədən və ya görmədən yediyimiz qidalar ciddi xəstəliklərə səbəb ola bilər.


Mütəxəssislər bəzi qidalardan uzaq durmağımız barədə bizlərə xəbərdarlıq edirlər.

Beyinə təsir edən qidaları yeməməlisiniz


Şəkər və şəkərli qidalar


Şəkərdən uzun müddət istifadə beyində problemlər yaradır. Hətta şəkərin yaddaşı zəiflətdiyi də sübut edilib. Bu səbəbdən də mütəxəssislər şəkərdən uzaq durmalı olduğumuzu deyirlər.

Fast food


Son zamanlar uşaqdan qocaya geniş auditoriyanı təsiri altına alan “fast food” məkanları böyük diqqət çəkir. Fast food qidaların kəskin artması narahatlıq doğuran problemlər yaradır. Son araşdırmalar göstərib ki, fast food məhsulları beyinə təsir edir. Bu məhsullar insanlarda piylənmə, yorğunluq yaradır, yaddaşı pozur.


Qızardılmış qidalar


Qızardılmış, işlənmiş, qatqılı qidalar insan beyninə zərərlidir. Çips və kartof qızartması kimi qidalar həm uşaqlarda, həm də böyüklərdə ciddi beyin zədələnməsinə səbəb olur. Ən zəhərli və zərərli qızartma yağı çoxumuzun istifadə etdiyi günəbaxan yağıdır.


Duzu çox olan qidalar


Hər kəs duzun ürəyə zərər verdiyini, qan təzyiqi yaratdığını bilir. Duz tərkibindəki natrium sayəsində beyinə də zərər verir. Düşünmə qabiliyyətini zəiflədən duz zəkanı da geriləyir.

İşlənmiş proteinlər


Ət ən yaxşı və keyfiyyətli protein mənbəyidir. Ancaq bəzi zülal qaynağı olaraq görülən kolbasa, sosiska, salam kimi işlənmiş zülallardan uzaq durmaq lazımdır. Təbii zülallar beynimizə fayda verərkən, işlənmiş zülallar isə əksinə, sinir sistemimizi məhv edir.

Əvvəlcədən bişirilmiş qidalar


Qızardılmış qidalar kimi, işlənmiş qidalar da mərkəzi sinir sisteminə zərər verir. Bu isə beyin pozğunluğuna gətirib çıxarır. Altsheimer xəstəliyinin yaranmasına yol açır.


Alkoqol


Onun qaraciyərinin sıradan çıxdığı məlum faktdır. Ancaq digər az bilinən zərər beyni məhv etməsidir. Sağlam düşüncəni zəiflədir, yaddaşı pozur.