Sayrışan aritmiya cavanlarda rast gəlinən ritm problemidir.
"Medicina" xəbər verir ki, aritmiya ürəkdə digər problemlər, eləcə də insulta səbəb ola bilər.
Bəzi qidalar var ki, onlar aritmiyanı daha da artırır.
Kardioloq Oleq Varmofolomeev gənclərə bəzi bitki çayları, bitki tabletlərini qəbul edərkən ehtiyatlı olmağa çağırıb.
"Klinik tədqiqatlar sübut edib ki, acı dadlı ədviyyatlar, portağal, Omeqa 3, balıq yağı ürək ritmini poza bilər.
Aritmiya insultun sübut olunmuş səbəblərindən biridir.
Ürək ritminizlə bağlı ən kiçik dəyişiklikdə mütləq kardioloqa gedin.
Aritmiya vaxtında müalicə olunmasa, ürək və beyin üçün ağırlaşmalar qaçılmazdır.
Eləcə də bəzi qidalar, dərmanlar, otlar, vitaminləri içdikdən sonra ürək ritminizi ölçün. Aritmiya yaranırsa, onlardan imtina edin".
Aritmiyası olanlar fiziki aktivlikdən tam imtina etməməlidir, idmanı həkim tövsiyəsi ilə seçməlidir.
Aygün Musayeva