Gün ərizndə yediyimiz bəzi qidalar xoşbəxtlik hormonu verərkən, bəziləri isə stressə səbəb olur.
Medicina.az xəbər verir ki, düzgün və sağlam qidalanma ruh sağlamlığımız üçün də önəmlidir.
Dietoloqlar psixologiyamıza mənfi təsir edən, stressə səbəb olan qidaları açıqlayıb:
Şəkərli və ağ unlu qidalar
Glisemik indeksi yüksək olan bütün qidalar bu qrupda yer alır. Bu qidalar qan şəkərini yüksəldib və ya azalda bilər. Bunun nəticəsində də bədən stressə girər.
Şirniyyatlar
Ləzzətinə görə yediyiniz şirniyyatlar xoşbəxt hiss etməyinizə səbəb olsa da, bu qidalar stressi artırır. Buna misal olaraq, şərbətli şirniyyatlar, ağ çörək, ağ undan hazırlanan məmulatlar, tortlar buna misaldır.
Süd
Süd və süd məhsulları bir sıra problemlərə yol aça bilər. Buna intolerans adı verilib. Əgər süd məhsulları yediyiniz zaman bağırsaq problemləri, ishal, şişkinlik, mədə yanmaları yaranırsa, bu hal süd intoleransı deməkdir.
Qəhvə
3 stəkandan artıq qəhvə içmək orqanizm üçün zərərlidir. Ona görə qəhvə də stressə səbəb olan qidalar sırasındadır.
Protein
Bəzi məşhur diet proqramlarında xüsusilə protein tərkibli qidalanmağa üstünlük verilir. Artıq miqdarda proteinlə qidalanmaq bədəni stressə salır.