Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar şişləri böyüdür, metastaz verir -

  • 2019.12.20 19:56
  • 103443 Baxış
Bu qidalar şişləri böyüdür, metastaz verir -


İnsan DNT-də xromosom zədələnməsi xərçəngin markeri ola bilər, amma xəstəliyin faktiki səbəbi deyil. Bu sözləri cərrah-ortoped, doktor Hari Fettke özü xərçəng xəstəliyinə şəxsi timsalında qalib gəkdikdən sonra apardığı araşdırma və əldə etdiyi məlumatlara əsasən bildirib.


Medicina.az xəbər verir ki, həkim xərçəngin metobolik olduğuna əmindir. O, xəstəliyə yüksək miqdarda faydalı yağlar və az miqdarda təmiz karbohidratlardan ibarət pəhrizi ilə qalib gəlib.

2006-cı ildə başlanan "Xərçəngin genoma atlası” adlı layihə dünyada ən çox maliyyə ayrılan dövlət sifarişli layihə idi və burda xərçəngin genetik səbəbləri öyrənilirdi. Lakin layihənin nəticələri gözləniləni vermədi.

Məlumatlar açıq aşkar göstərirdi ki, xərçəng genlərin sadəcə mutasiyası deyildi. Bəzi xərçəng növlərində ümumiyyətlə genetik mutasiya aşkarlanmadı


Bəs əsas təhrikedici faktor nədir?


Qısaca onu deyək ki, xərçəngdə tapılan genetik mutasiyalar prosesə sonra qoşulur. Xəstəlik yaranmazdan öncə genlərdə, hüceyrələrdə mitoxondrial zədələnmələr baş verir ki, bunun nəticəsində nüvə səviyyəsində mutasiyalar prosesi işə salınır.

Məhz genlərin mitoxonrial disfunksiyası orqanizmdə bütün əsas xəstəliklərin köküdür, əsasıdır.

Doktor Fetke bildirir ki, mitoxondriyaya səbəblərdən biri qlükoza metobolizmidir. Bu fikri ilk dəfə 1920-ci ildə doktor Otto da irəli sürmüşdü. Nobel mükafatı alan bu alim sübut edib ki, xərçəng hüceyrələrinin energetik metobolizmi sağlam hüceyrələrdən çox fərqlənir.


Şişi nə qidalandırır?


Doktor Varburq deyir ki, şəkər, qənd xərçəngi qidalandırır, yağlar isə ac saxlayır.

Sağlam hüceyrə qlükoza və yağlardan keton zərrələri ilə qidalanır, şiş hüceyrələri isə yalnız qlükozadan istifadə edir. Çünki şiş hüceyrələri ketonları mənimsəyə bilmir, ona görə keton xərçəng hüceyrələrini aclığa məhkum edir.


Beləliklə, bir daha sübut olunur ki, Xərçəngin bu qədər yayılmasına səbəb genlərimiz deyil. Hətta genetik olan bu xəstəliyə meyilli olanlar da həyat tərzi, qidalanma, pəhrizlə hüceyrələrin mitoxondrial funksiyasını tənzimləyə bilər.




Sənayedə emal olunmuş, işlənmiş bütün qidalar, ərzaqlar.

Bu qidalar hamısı sərbəst radikalları artırır, orqanizmdə iltihab yaradır.


Bunlara aiddir:


-Yarımdoymuş yağ turşuları

-Trans yağlar

-Şəklər və emal olunmuş fruktoza qatılmış bütün qidalar

-Qarğıdalı siropu

-Təmizlənmiş, emal olunmuş taxıl, buğda

-Eləcə də süni əlavələr, dadlandırıcılar



Bəs nə etməli:


Gündəlik qidada təmiz karbohidratları minimuma, yox dərəcəsinə endirin. Bununla xərçəngin yaranması və artmasını azaldacaq və orqanizmdə iltihabı aradan qaldıracaqsız.


- Qanınızda qlükozanın səviyyəsi kəskin enəcək

-İnsulinin miqdarı düşəcək

-İFR -1 – hipofizə təsir edən ən güclü hormon azalacaq

Əgər bu qidalanmaya əməl etsəniz, orqanizmdə iltihab tamam itəcək, zədəli hüceyrə qalmayacaq.


Şişin tikinti materialı: qlükoza, zülal, yağ turşuları, fosfat, asetat

Bu benzini şiş hüceyrələri birbaşa qandan yox, yaxınlıqdakı digər hüceyrələrdən oğurlayacaq.



-Şəkər və təmiz karbohidratları yığışdırın

-Trans yağları azaldın, uzaq durun

-Zülal (ət və ət məhsulları) azaldın, hər kiloqram çəkiyə cəmi 1 qram zülal yeyilməlidir. Yəni 100 kiloluq insana, 100 qr ət bəsdir.

-Antioksidant təsirli qidaları, tərəvəzləri artırın

-Faydalı yağ turşularını çoxaldın ki, şiş hüceyrələri ac qalsın


Gündə 300-500 qr təzə, çiy tərəvəz yeyin.

Qlükoza çirkli yanacaqdır, o, daha çox sərbəst radikallar yaradır.


Xərçəng hüceyrələri metabolik qüsurlu olduğundan yüksək yağları qəbul edə bilmir və ac qalır. Bu zaman sizə lazım olan sağlam hüceyrələriniz əksinə yağ turşularından yanacaq kimi istifadə edir və böyüyür, güclənir.


Hər gün 40-50 qr təmiz karbohidrat qəbul etmək kifayətdir

Gündəlik zülal qəbulunu hesablayın. 2 ədəd yumurta yemisizsə, 50 qr ət bəsdir. 100 qr ət yemisizsə, toyuq, yumurta və s olmaz.