Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qidalar sidik turşusunun səviyyəsini artırır - SİYAHI

  • 2019.04.06 10:22
  • 15869 Baxış
Bu qidalar sidik turşusunun səviyyəsini artırır -  SİYAHI

Sidik turşusunun səviyyəsini idarə etmək üçün xüsusi pəhrizə riayət etmək, əsasən də onun səviyyəsini artıan qidalardan imtina etmək lazımdır. 


Medicina.az bu dəfə sizə bu maddənin orqanzimdə səviyyəsinin armaması üçün imtina etməli olduğunuz ərzaqların siyahısını təqdim edir: 

 

Sidik turşusu qanda çox miqdarda olduqda artrit və podaqra kimi xəstəliklərə səbəb olur. O oynaq mayesində yığılanda iltihab və ağrı əmələ gətirir. Bu problem əsasən də əl barmaqlarında və ovucda yaranır. 

 

Bəzi ərzaqların tərkibində çox miqdarda qanda olan sidir turşusunu artıran purin elementləri mövcud olur. Buna görə də, qan analizi və balanslaşdırılmış pəhriz bu problemin qaradan qaldırılması üçün ən yaxşı üsuldur. 

 

1. Dəniz məhsulları

 

Bir çox məhsulların tərkibində çox miqdarda purin maddəsi olur. Bu ərzaqlar siyahısına dəniz məhsulları: krab, krevetka, ilbiz, Midiya aiddir. Bu məhsullardan istənilən formada istifadəsi təhlükəli ola bilər. 


2. Paxlalılar 

 

Mərci, noxud, lobyanın tərkibində purin maddələrinin qatılığı çox yüksəkdir. Buna görə də yaxşı olar ki, həftədə 1 dəfə istifadə etmək lazımdır.   


3. Tərəvəzlər 


Bəzi tərəvəzləri də məhdud miqdarda istifadə etmək tələb olurnu. Bu tərəvəzlərə göbələk, gül kələm, ispanaq, turp, soğan aid edilə bilər. 


4. Şirin içkilər və bişintilər


Alkoqolsuz içkilər və meyvə şirələrinin tərkibində olan qarğıdalı siropu sidik turşusunun sintezini artırır. Həmçinin şirniyyat və un məhsulları da bu siyahıya aiddir. 

Bu qidalar sidik turşusunun səviyyəsini artırır -  SİYAHI